среда, 30 апреля 2008 г.

Sevirem-Seni
Seni goren andan men sene vuruldum
Ilk defe idi ki, men bele asiq oldum.
Ilk defe idi ki, men xosbext oldum
Yolunu gozlemekden artiq yoruldum

. ..........................

Men seni sevdim mecnun kimi,
Sevgi logmani oldum, sevgi hekimi
Bu sevgi dunyasinda sen, men ikimiz,
Yasayir, yasanir bizim sevgimiz.

..........................

Bu nece isdir cixdi menim qarsima
Bu nece nagildi geldi menim basima
Dunyanin en gozel qizi menimdi
Menimdi dunyanin en gozel qizi

..........................

Men senin gozunun derinliyinden
Bilirem ki, sen de sevirsen meni
Inan ki, men de cox sevirem seni
Min illik tarixe cevirrem seni...



Ayriliq-Negmesi

Yene qem dumani buruyur meni
Basina qar yagmis o daglar kimi.
Sensiz geceler de usudur meni
Donunu soyunmus budaqlar kimi.

..........................

Vefali dost sozu dadima catir,
Ayriliq negmesi qelbehuzn qatir,
Agaran saclarim gunbegun artir
Payizda saralan yarpaqlar kimi.

..........................

Sonub esqimizin odu, ocagi,
Indi buza donub yataq otagi.
Sensiz yetimem men, ana qucagi
Elinden alinmis usaqlar kimi.

..........................

Nakam sevgimizi yasayacagam,
Seni seveceyem ne qeder sagam.
Qara gozlerine her an mohtacam
Yayda kolge salan qovaqlar kimi


Taleh meni senden,seni menden uzaq etdi,
Ancaq yene konlum sene yalniz maraq etdi.
Her kim taniyirdi seni,ondan soraq etdi,
Kimsi dedi bilmem,kimsi guldu lag etdi.
Goz gordu bu biganeleri qelbi dag etdi.
Men danmamisham ehdimi,derdim de hemindi,
Bir vaxt yuxuda gorduyum omrumdedir indi.
Sordum,biri axir ki,urek eyledi dindi,
Uc soz dedi o,cemisi: "artiq o gelindi".
Uz soz o zaman omrumu sonmush ciraq etdi.
Rustem kimi quvvetli idim,qem meni yixdi,
Dunya kimi gen konlumu yumruq kimi sixdi.
Dushdum ele bir halete kim gordu karixdi.
Saf konlume qarshi bu felek bivefa cixdi,
Shadliqimizi uste onu derde qonaq etdi.
Guldurdum uzu gucle,yene olmadi qelb shen
Nifretle dedi goz uze:ne etmedesen sen?
Bu halla Umid.hansi umidle,yashayim men?
Eh,bivefa dunyadaki bagbanliga ehsen!
Eshq qoncemi nifret ciceyile calaq etdi.


Esir kulek,yaqir yaqish,
Su damlasi mirvariden,
Yaradaraq gozel naxish,
Axir senin tellerinden!

Esir kulek,qoxlayaraq,
Etir sachan tellerini,
Kederleri bir bir qovaq,
Buraxmaram ellerini.

Yaqir yaqish, suzulerek,
Senin gozel yanaqindan,
Qaranliqi def ederek,
Kechek tale sinaqindan.

Kesdi yaqish, amma axir
Seller indi kuchelerden,
Bize choxlu gozler baxir,
Qoru ozun bed nezerden!
Sevdiyin gozelin ilk gorushune
Sen calish alibosh ciceksiz getme
Ilk gorush sevginin ilk negmesidir
Ciceksiz getsende UREKSIZ getme...

Sineme dag cekdi senin sozun
Neler etdiyini gormedi gozun
Eshqimin odunu sondurmusen ozun
Mence o bir daha alishan deyil

Isteyirsen agla isteyirsen gul
Senin mehebbetin mehebbet deyil
Ozge bir gozele verecem konul
Qelbimde sevincim ummanimdir gelme!!!

Oldurub bir kesi bicaqla eger
O sirin lebinde tutsan bir qeder
Sonra o bicagi vursan oluye
Dodagin zovgunden olu diriler...






Sevgi

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan?
Sən demə hər zaman sevmək olarmış.


Vərəq üstə yazdım sənin adını,
Üstə gəl sonra mən öz adımı.
Bərabər qoymuşam söylə nə yazım?
Məhəbbət? Ayrılıq? yoxsaki Nifrət?



Bun ömür karvanım keçir günbə gün,
Səni xəyalımda yaşadıram mən.
Üzünü gördüyüm hər saat, hər gün,
Səni sevmək üçün yaşayıram mən!


Bum yanıb alışan təmiz sevgimi,
Səndə öz sevginlə od vur alışdır.
Sənin üçün çəkdiyim hər bir dərdimi,
Sevincə qərq elə, mənə qarışdır.


Bu sevən könlümün dərmanı sənsən,
Səni sevən gündən oldum divanə.
Ürəyimin hakimi sənsən,
Təkcə sən olmusan dərdimə çarə.



Sənsiz yaşamağın mənası yoxdur,

Gəl yaşat mənanı mənim sevgimdə.
Ayrılıq həsrəti bir qara oxdur,
O, oxu uzaq tut mənim sevgimdən.

Küsmüsən! Məndədir günah bilirəm,
Nə edim? Neyləyim? Mən bilməyirəm.
Zəng edib susuram, dözə bilmirəm,
Bəlkə sən deyəsən, SƏNİ SEVİRƏM!


Sevgi gözəl hissdir duymaq lazımdır,
Sevən hər kəs üçün qışda, bahardır.
Servilən insana xəyanət olsa,
Onunçün dünya yox , cənnət virandır.


Sənə “dost” deməyə utanıram mən,
Çünki, həqiqətən dostum deyilsən.
Sənə “səni sevirəm”deyə bilmirəm,

Çünki, həqiqətən dostum deyirsən.


Deyirəm, sevirəm inanmayırsan,
Deyirəm, sevmirəm hey ağlayırsan.
Bunu bil, kiminsə ola bilərəm,
O, zaman sən məmi tapmayacaqsan...








Ayırma bizi

Ayrılıq zamanı gəlib çatanda
Ümidlər tükəndi həmin o anda
Ayıran da sənsən govuşduran da
Öldürsən də nə olar ayırma bizi

Bilmirəm ki nəydi mənim günahım
Bağırdım heç yerə çatmadı ahım
Acdım əllərimi dedim, Allahım
Tək ümidimiz sənsən ayırma bizi.

Nəysə ki ayrıldıq biz görüşmürük
Artıq öncəki kimi biz baxışmırıq
Küsüb taleyimiz heç barışmırıq
Nə olur barışdır ayırma bizi.

Bizim ki yazılıb bax bura qədər
Artıq həyat bizə olub qəm kədər
Biz ki qovuşmalıyıq ölənə qədər
Nə olur qovuşdur ayırma bizi

DƏNİZ...


Denizi hediyye verirem sene...
Men dedim, sen baxdın, sen gülümsedin.
Göylerin şefeqi düşdü özüne,
- Men ise göyleri verirem, - dedin...

Ayrıldıq Geribe hediyyelerle,
Göyler eşqim kimi? mene ezizdir.
Ayrıldık denizle,
Ağ tepelerle, Nece aparasan?...
Deniz denizdir!

Denizi verdim ki, sene hediyye,
Geldiyin sahile gelesen bir de.
Meni görmeyende - o menem - deye,
Menimle danışıb gülesen bir de.

Eğer görüşmesek bize dağ olar,
Dedim, neçe defe bele dedim men.
Deniz sahiline qayıtmaq olar,
Göylerin sahili var mı, gedim men?!

Düşündüm, ayrılıq gelenden beri
Sen menim eşqime çıraq olasan.
Onuncun verdinmi mene göyleri,
Menden göyler qeder uzaq olasan?!

Men bir denizem ki, eşqim seherdir,
Seni düşünürem, ezizim, yene.
Menim dalgalarım xatirelerdir,
Qoy çatsın qelbinin sahillerine.


Esil mehebbet ki, böyük hünerdir,
Coşar umman kimi teze arzular.
Menim dalgalarım xatirelerdir,
Urda tufan da var, burulğan da var.


Denizem, eşqimden qaçmaq hederdir,
Men ki, adlayaram çölü, çemeni.
Menim dalgalarım xatirelerdir,
Gece de, gündüz de tapacaq seni.


İstesen yuxuna gelerem senin,
Gelerem deniz kimi.
Üzüne inciler çilerem senin,
Çilerem deniz kimi.


Yoluna şefeqler seperem herden,
Seperem deniz kimi.
İstesen üzünden öperem herden,
Öperem deniz kimi.

Adını qelbimin sahillerine
Yazaram deniz kimi.
"Sevmirem" söylesen bir axşam mene,
Susaram deniz kimi, Susaram deniz kimi...


Dünyada sakitlik aramadım men,
Güneş kimi parla,
Seher kimi gel.
Göylertek yuxuma gelmek istesen,

Sen aylı, ulduzlu göyler kimi gel.
Atla qucagından gur tufanların,
Men baxım axşamdan sehere kimi.
Atla ağ yoluyla kehkeşanların,

Parlasın her uldıız xatire kimi.
Gel qış gecesinde,
Yaz sellerinde
- Denizi göylerden ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlerinde

Sen görüş vaxtını şimşeklerle yaz!
Men gerek
Neğme tek
Seni dinleyem.

Sen menim eşkimle, üreyimlesen.
Ne qeder göyler var, men seninleyem!
Ne qeder deniz var, sen menimlesen!!!




Ayrılıq olmayaydı ...

Sonu bu sevginin,bu eşqin hədər olsa
Ölüm olsada sevərəm yenə,sevərəm yenə
Bizi fələk biri-birindən ayırıb ,min qəmə salsada
Sevərəm yenə,sevərəm yenə.

Ay günəşə,çay dənizə,yerdə göyə
Səndə mənə məndə sənə gəl qovuşaq
Arzulara ,xəyallara bax
İstəmirəm Ayrılığa bir dəfəlik son qoyaraq
Birdə yenə gəl qovuşaq xəyallara bax.

Qorxudur məni sevgilim ayrılıq,fani dünyada
Olmasın iki şey ölüm,ayrılıq.

Demə mənə nədir məhəbbət onu bilməm,
Sənə heç zaman deyə bilmərəm,deyə bilmərəm.
Qapını qorxuramki döysəm açan olmaz mənə sevgilim,
Döyə bilmərəm,döyə bilmərəm
Gözləyirəm sən mənə gəl, döy qapımı qoy mən açım
Getmə daha ol qonağım ölənə qədər yanımda da qal.
Gəl dəyişək ömrümüzü,dünyamızı gəl dəyişək qəlbimizi
qəlbini ver bu qəlbimi al.

вторник, 29 апреля 2008 г.


Yoxdur
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə.
Xalq batıbdır noğla , şəkərə, qəndə,
Bizim evdə axta, zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Molla Pənah Vaqif


DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM


Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!


Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!


Qasım Bəy Zakir
Dəli Könül
Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum, qardaş yad olar
Demə ulusum var, elim yaxşıdı.

Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.

Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq1 olgunan,
Demə; varım çoxdur, pulum yaxşıdı

Xəstə Qasım, kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.

Xəstə Qasım

понедельник, 28 апреля 2008 г.


Ayrı
Səhər bülbülləri nə fəğan eylər,
Düşərgə güzarı çəməndən ayrı.
Səhər-səhər gönçəsindən ayrılan,
Şəqayiqlər gülməz səməndən ayrı.

Yanında dayanan yoldaşların var,
Sirrini saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Dedim, Pəri, nə elərsən məhpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.

Qurbani der: məgər axırzamandı?
Sevgi sevgisindən ayrı zamandı,
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz vətəndən ayrı.

Qurbani
Göyərçin əllərin ucub əlimdən
Goyercin ellerin ucub elimden
Ele ayrildiqki urek kimi sen
Bir omur yolunda dayanib durdun
Elcatmaz bir ulvu dilek kimi sen
O dogma yurdunu zirvede qurdun
De nece yasayim arali senden
Goyercin ellerin ucub elimden

Bir baxdim omrunde qalmayib izim
Bu sevda yolunda yerlerde dizim
Hesretin her andan gizli baxirmis
Ezelden ayridir bextimiz bizim
Bir dunya qurmusam senli qemimden
Goyercin ellerin ucub elimden

Umudler yolunda xezana dondu
Bir bahar hesreti yasadi omur
Gencliyim zamanin gozunde sondu
Her baxan uzumde hicrani gorur
Bu heyat esqide uzaqdi menden
Goyercin ellerin ucub elimden

Sen cicek omrusen qem caginam men
Bir oten payizda yarpaginam men
Xeyalin pesmanli geriye donse
Onda duyacaqsan torpaginam men
Ruhuma kocersen siniq urekden
Goyercin ellerin ucub elimden


müəllif: Divanə

AZƏRBAYCAN DƏRDİ

Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Hamımızı oda yaxar - Vətən dərdi...
Dava gedir torpağımda,
Şəhid olur yurdumuzun yüz-yüz mərdi,
Vətən dərdi qabağında
Əfsanədir çörək dərdi, yemək dərdi, gödən dərdi...
Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Qarı düşmən dizimizi qatlayıbdır,
Bütün namus-arımızı tapdayıbdır,
Yurdumuzun yarısını bərbad edib,
Əsir qalmış el-obalar fəryad edir...
Anaların ahı tutub yeri-göyü,
Dərd adamı birləşdirir, amma niyə,
Niyə bizi ayrı salıb Vətən dərdi?..
Vətən dərdi olan vaxtıparçalanmaq çətin dərddi...
Özümüzdən özgə bizə kömək yoxdur,
Birləşməsək, millətimiz demək yoxdur...
Demək onda tayfalarıq, dəstələrik,
Bununçun da yağı bizi üstələyir,
Belimizi qırıb, əyib.
Dərd adamı birləşdirir, amma niyə
Vəlimiz bir yana çəkir,
Əlimiz bir yana çəkir,
Başımız bir yana çəkir,əlimiz bir yana çəkir,
Dirimiz bir yana çəkir,ölümüz bir yana çəkir...
Yurdumuzda dava gedir,
Məmələkətin çevirilibdir altı üstə,
Bu ki, milli faciədir,
Bizsə dava-dalaşdayıq rütbə üstə,stol üstə, altun üstə...
Ən müqəddəs yerlərimizçıxıb bu gün əlimizdən,
Bizsə dava-dalaşdayıqcılız yerlibazlıq üstə...
Qurumlar var, dəstələr var neçə adda,
Hərənin də öz cəbhəsi, əsl cəbhə çıxıb yaddan...
Allah, özün xilas elə, millətimibelə şərdən...
Kim olsaydı, vallah, çoxdan birləşərdi...
Birləşərdi qanlı-bıçaq olanlar da,
Bir-birindən hətta uzaq olanlar da,
Lap ağlar da, qaralar da birləşərdi,
Birləşməyən yaralar da birləşərdi..
Ola bilməz ana yurdum yad əllərdəzindan, qəfəs...
Vətən dərdi qabağında qalan dərdlər,cəfəng, əbəs...
Vətən dərdi - yaman dərddir,
Vətən dərdi qabağında qalan dərdləryalan dərddir...
Vətən dərdi qabağında nə ev dərdi,nə mal dərdi,nə can dərdi...
Bu gün bircə dərdimiz var-o da AZƏRBAYCAN DƏRDİ...


1994
Cabir Novruz
Könül Dostlarına Ehtiyacim Var

Çörək qədər, hava qədər, su qədər,
Könül dostlarına ehtiyacım var.
Bülbül üçün bir gül ətri qədər,
Könül dostlarına ehtiyacım var...

Candan əziz bildim xatirəsini,
Can dostum bir ömür duydum səsini
Yadımdan çıxarmaram dostun əslini,
Könül dostlarına ehtiyacım var...

Dost dediyin dost qədrin biləcək,
Dost ilə ağlayıb dostla güləcək,
Qara gündə çağırmadan gələcək,
Könül dostlarına ehtiyacım var...

Dunən dost dediyini bugün əfv etmədin,
Sirr boxçasını açıb yola çıxmadın,
Qüsür məndədir, dostda qüsur görmədim,
Könül dostlarına ehtiyacım var...

Halına şükr edib haldan anlayan,
Mizrabı vurmadan teldən anlayan,
Salamdan, kəlamdan, haldan anlayan,
Könül dostlarına ehtiyacım var...

Dostumun dostunu dost bildim, andım,
Neçə dost əliylə odlara yandım,
Riyakar dostlardan bezdim usandım,
Könül dostlarına ehtiyacım var...

Məqamdan, mövqedən, maldan, puldan,
Dəm vuran bütün dostlar çıxsın aradan,
Mənə sadiq dostlar versin Yaradan,
Könül dostlarına ehtiyacım var...

Abdullah Gülcamal

VƏTƏN
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə deməkə!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin ne'məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən - əcdadımızın mədfənidir,
Vətən - övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.


Abbas Səhhət



AZ DANIŞMAĞIN GÖZƏLLİYİ

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mə'nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.
Mə'dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.


Nizami Gəncəvi















DİLBƏRA

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacu taxtü mülkü malü xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey Müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?





Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.

***

Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat,
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.


***

Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?


Ömər Xəyyam



Özüm Olmalıyam

Özünü dərk eylə, özünü anla,
Gah ona, gah buna baş əydin yetər.
Özgəyə bu qədər yalmanmağınla,
Özünə düşmənsən özgədən betər.
Bizim özlüyümüz getdi büsbütün,
Hanı bəs kişilik, hanı bəs qürur?...
Yada əyilməkdən vallah, yorulduq,
Bezmədik özgəni yamsılamaqdan.
Tanınmaq istərəm mən öz səsimlə,
Bəsdir yaşadığım bir məhkum kimi,
Dünyanın gözünə yaxşı pisimlə,
Görünmək istərəm olduğum kimi.
Nəyəmsə, mən oyam, qarayam, ya ağ,
Niyə özgəsinə küsənməliyəm?
Özüm olmalıyam, mən özüm ancaq,
Özüm deyiləmsə, demək, heç nəyəm...


Bəxtiyar Vahabzadə(İxtisarla)

воскресенье, 27 апреля 2008 г.

SEVGİ
Sevgi: Yaşanmayacaq qeder gözel, derk edilmeyecek qeder sade, doyulmayacaq qeder doyulmaz duyğudur...
Sevgi: Çiçekler sinfinden bir bitkidir; Onu gözelleşdiren sadece sevgidir...
Sevgi: sabitdir. Qerarsэz olan bizlerik.
Sevgi: güvenlik verir, insanlar xeyanet eder.
Sevgi:-ye güvenilir, insanlara ESLA!!
Sevgi: pislik görende azalmayan, yaxsiliq görende çoxalmayandır.
Sevgi: insana ne yuxarıdan gelen yuksek bir guc, ne de insanlara zorla qebul etdirilen bir duyğudur...
Sevgi: ruhun gözelliyidir. Sevgi peshmançiliq duymaqdir.Çünki o anları isteyerek yashamazsan.
Sevgi: qaranlıqda yandırılan bir şam kimidir.Size yolunuzu gösterir ama uzaqda ne olduğunu bildirmez.
Sevgi; Yaşamanın qederdir. Sevgi insana guc verir, cesaret verir, heyata qatilma isteyi verir, yaratma isteyi verir. ...
Sevgi mesajlari
1 Mesajı açana hörmətlə salam.Oxuyan gözlərə böyük ehtiram.Mesajı yazıram xatirla məni.Hələlik deyib öpürəm səni.
2. Kime deyerinden boyuk deyer versen , ya onu itirersen ya da heyatini ! Men seni sevmekle heyatimi itirdim ...
3. Sen hec sensizlik nedir bilirsenmi ? hardan bilesen sen hec sensiz qalmamisanki ...
4. Aqlimda olanlari deyil ureyimdeki deyirem "seni sevirem"...
5. Nefes almaqa , su icmeye , yemeye bir canli ne qeder mohtacdirsa men de sene o qeder mohtacam...
6. Seni sevdiyimi deye bilmemek bilirsenmi nece cetindir? Ama seni sevmekde onun qeder gozeldir...
7. Esq qilinc yarasi kimidir,baqlansada izi qalar ...
8. Meni tek basina qoydun getdin buralarda.bilirsenmi ureyim yandi o gozlerinin uqruna...
9. Her yerde senden bir iz var , senden elamet var! unutmaki burada hemise seni seven biri var...
10.Sen hesretim , taleyim,her seyimsen! Yasamadiqim gunler hesretine dayana bilmediyim melek gozlu yarimsan...
11.Bilmirem belkede senincun asandi unutmaq.menimcun yox.senin uqruna her seyimi verdim,artiq geriye yol yoxdur !seni dunyalar qeder sevirem ...
12.Serlerde adini yazmadim,gozel sozlerim arasinda isletmedim deye menden incime .evvela bu menlik deyil sonrada seni ureyima yazmisam.seni sevirem!...
13.Umudum var gunes yeniden doqacaq.umudum var kulek yene esecek.umudum var birisi meni yene sevecek.umudum var umudum geri donecek...
14.Gunes en merkezinde bir alov gorsen bilki o senin esqinden alovlanan yalniz ve yalniz menim ureyimdir...
15.Seni sevirem kelimesi yalan olsa bele onu hec bir doqruya deyismerem...Seni sevirem!
16.Cesaretli ol! heyata geri baxdiqin zaman elediklerincun deyil etmediklerincun uzuleceksen!
17.Ferz et ki, bir kulekdim esib kecdim heyatindan,yada bir yaqisdim yaqdim heyatinda,sonrada axib torpaqa qovusdum.beli torpaqa o cekti suyu,men de senin heyatindan yox oldum...
18.Biri var cox uzaqlardi hey seni sesleyir,biri var uzaqlarda senincun cox ama cox darixir, biri var uzaqlarda seni sensiz yasamaqdan qorxur ,biri var uzaqlarda seni dunyalar qeder sevir ...
19.Ne varsa bilki hamisini sende tapmisam,menim dunenim olmuyub seninle var olmusam.mende hecne axtarma cunki artiq men sen olmusam...
20.Bir gece ay menden sorusdu niye sen onunla birlikdesen? mende aya cavabinda dedim : sen goyuzunden imtina ede bilersenmi ? ...
21.Menden otru en boyuk sevinc , men oldukden sonra meni xatirlayacaqini dusunmekdir! Yox ger meni xatirlamaq seni uzurse sen terefinden unudulmaya raziyam ...
22.Sen menim ucun bir nece gunluk heves deyilsen! Sen menim yasama sebebim son nefsimsen! Senden otru her seye haziram , Ureyim - Canim - Iki gozum ...
23.Kimlerse yuxularda gorunmeye , kimlerse gercekde olmaqa deyer! Sen gorduyum sen gozel yuxu ve birlikde olmaq istediyim en boyuk gerceksen ...
24.Men seni sevdim, sende basqasini , Allahdan dileyirem o da sevsin basqasini ...
25.Olumden qorxmuram , seni milyonlarca yaqis damlasiyla bolusmekden qorxuram.. senin cicek olub acmandan qorxmuram , bir gun gelib seni qoparacaqlarindan qorxuram ...
26.Ne dil bes eder seni anlatmaqa , ne goz catar sene baxmaqa,ne ellerin dozer sene toxunmaqa! Sen bilersen : bir omur bes edermi seni tapmaqa ...
27.Bir insan qeder yaxin, ulduzlar qeder uzaq deyerler sevgi ucun... el atsan elin catmaz,elin catsa toxuna bilmezsen,toxunsan imtina ede bilmezsen, imtina etsen , UNUDA bilmezsen ...
28.Heyatda yegane el catmaza catdim - seninle qovusdum .Butun xeyallar yalandi dediler, yalanci oldular ,en boyuk xeyalim olan sen ''MENIMSEN''...
29.Salam qem adasi, menem duyqu gemisidi.gecnin qap-qaranliqinda yaxinlasdim limanina.bir qulaq ver gor ne deyir gemideki ses : ''Senincun Darixmisam Sevgilim'' ...
30.Men senin yasadiqin gizli bir mecarayam.Anlata bilmediyim bir roman ,baqlaya bilmediyim bir yarayam.Siqindiqin limanlarda meni unuda bilmezsen.Men senin qelbimde boyuk bir " FIRTINAYAM " ...
31.Heyat xain bir yarpaqa benzeyir , yeqinki bir gun solacaq .Arxada ise yalniz urek dolu yasanmis bir an qalacaq : ESQ ...
32.Sevme..Sevsinler qiymetini bilsinler ! Aqlama aqlatki deyerini bilsinler ! ...
33.Getme deye bilmedim sene,gozlerim gozlerinde qaldi! Susuz bir cicek boyuye bilermi ? Su sende cicek mende qaldi ...
34.Sanmaki yerin dolacaq,senden basqa birisi menim olacaq! Ya mene senin kimi sevgili , ya da sene menim kimi seven tapilacaq ...
35.Seven ne qeder severse sevilen bir o qeder nankordur.Bir gun intihar edecem,sebebide sen olacaqsan.Gunler sonra xeberi bir dostumdan alacaqsan.Belke uzuleceksen,belkede sevineceksen , ne bilim ?! Sen ne dusunursen dusun onu bilki olende bele ''SENI SEVIREM'' deyecem ...
36.Sen varken gozlerimle ulduzlara baxa bilmirem ...
37.Gozumde yas varsa sebebi sensen , ureyimde aqri varsa onunda sebbi sensen ! Seni sevmeyiminse butun xetalari menimdi yaxsi onda ESQ kimin gunahidi ...
38.Hec darixmadiqim bir insan varsa o sensen.Kaski bele olmayaydi , cunki hemise qelbimdesen ...
39.Sene herseyimi vere bilmerem ! cunki ''HERSEYIM SENSEN''...
40.Her seyi ve her kesi seve bilerdim, seninle sevmeye baslamasaydim! Ne yaziq ki bu beledir - sevmeye seninle baslamisam ...
41.Sonsuzluqa catmisdim, sensizliye alismisdim, inanki her seyi unutmusdum , birde baxdimki qelbimdesen..onada gucum catmir ...
42.Sen umudum,imtina ede bilmeceyim esqim, dunenim , bugunum , sabahimsan.. Ama en onemlisi canim ''SEVGILIMSEN''...
43.Sevgi uca daqlardaki gullere benzer! onu qopartmaq deyil boyutmek lazimdir ...
44.Eger bir gun bir elimde gul digerinde silah qarsina cixsam , ya gulu alib menim olarsan yada silahla meni vurarsan ...
45.Sen 61-ci deqiqem, 25-ci saatim , 7-ci hissim ,5-ci feslimsen!sen her seyden ferqlisen, cunki sen menim mehebbetimsen...
46.Meni odlara at butun vucudum yansin, yalniz ureyimi gotur cunki orada sen varsan ...
47.Gozler vardir sozleri anlatir, sozler vardir gozleri anlatir, bir de sevgi vardir seni xatirladir ...
48.Mene seni unut dediler. Unutdum amma seni deyil, mene seni unut deyenleri ...
49.Qoy sevinc hemiseh qanadli bir qush, ureyin en isti yuvasi,Qem keder yuxu, unudulmush gulushungelecek yuvasi olsun ...
50. Ay geceni men seni sevdiyim qeder sevseydi , Gunes yer uzune hesret qalardi ...
51. Qelbimde 3 çiçek boyütdüm.Sevmek, sevilmek ve gozlemek.Sen bunlardan ikisini qopartdin.Mene ancaq biri qaldi; gozlemek!
52. Camaat mene qelbsizsen deyirler, dogru cunki qelbimin sende oldugunu bilmeyirler..! Senin ucun her darixandan ureyime bir ulduz cekirem. Bilirsen senincun nece darixmisam? Artiq ureyimde bir sema var. Cunki
seni sevirem.

53.Bir şirin guluş vurdu meni çox derinden. Baxanda qamaşdı gozlerim gozelliyinden. Sevirem sozu yıxdı meni çox derinden. Burax izimi ey peri eger sevmeyeceksense!
54.Ay işığının aydınlatdığı bir sahilde kiçik bir budağa “Seni Sevirem” yazmaq isterdim. Ancaq sen qezebli bir dalğa olub sile bileceyinden deye qorxuram.
55.Yuxudan oyananda insanı oyandığına peşman eden, geri donmek isteyib, done bilmeyende biçarelikden bezdiren, heyatda bir defe gorule bilen bir mohteşem bir yuxusan!
56.Aramızdakı mesafeler ne qeder uzun olursa olsun, sonsuzluğa geden butun yollara adını yazdım. Hansı yoldan keçersen keç seni sevdiyimi oxuyacaqsan.
57.Seni dusunmeden aldigim nefesi men heyatdan saymiram. Səni dusunərək aldigim nefes həyatdi menim ucun Həyatim da sənsən Canim...
58.Ömrümü yandırıb çevirib külə yenə yollarına sərərəm sənin.Ölüm dodağında olsada belə yenə dodağından öpərəm sənin.
59.Bu normal ürək döyüntüm /__/__/ . Bu səninlə olarkən döyünən ürəyim. ////. Bu isə sənsizlik _________
60.12 qərib 1 gəcədə sənden uzaqda, küləklər həsrətli nəfəs kimidir. Sənsiz tənha qalmış sızlayan qəlbim darıxır hər təref qəfəs kimidir...
62.Dəniz sahildəki qumları, zaman keçmişdəki anları silər. Amma heç bir şey qəlbdəki gerçək dostları silə bilməz.Buludları toplayıb durna qatarı kimi sənə göndərsəm, məndən sənə 3 kəlmə gələcək.. Mən səni sevirəm.
63.Səhərlər günəşdən əvvəl oyanıb, açıq aynalara pərdə bağlayıb, sən yatan otaqda sakit dayanıb, öpüb gözlərindən oyadaydım kaş...
64.Məhəbbət odur ki,o sarsılmaya.Məhəbbət odur ki, o qırılmaya. Məhəbbət odur ki, bu gün birinə, sabah o birine o satılmaya.
65.10% sənsizəm, 20% səninəm, 30% mənimsən, 40% gözləyirəm, 50% ürəyimsən, 60% dünyamsan, 70% darıxıram, 80% gözəlsən, 90% sevirəm, 100% sevgilimsən!
66.Bir gun yuxuna gələcəm görüm sevirsənmi məni, qəlbinə baxacam görüm orda yer ayrılıb mənə, gözlərini yoxlayacam başqasına baxıbmı o, qollarından soruşacam arzulayıbmı məni!
67.Ölmə torpaqlara qoymaram səni, yerin qollarımın arasındadı! Qorxma təbii sularla yumaram səni, suyun gözlərimin qarasındadı...
68.Yaman darıxmışam... her axşamçağı. Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı mən darıxmağı zamana ən uzun ölçü sanardım...
69.Mən niyə baxıram o yollara, sən ki o yollardan dönən deyilsən. Mən niyə ağlayıram sənin üzündən, sən ki göz yaşımı silən deyilsən...
70.Sənə görə hər şey ederem! Lap belə həyatımdan keçərəm! Tək səni sevirəm...

четверг, 24 апреля 2008 г.

Allahtala her bir muselmani haqq yoluna getirsin!!!


Ibadet edirem Allah xetrine

Teki arzularim yetsin yerine

Qoy nesib eylesin bendelerine

Bu gozel niyyeti, boyuk Allahim!


Qismetimiz olsun namaz, ibadet

Gec de olsa, haqqa qayitsin hami.

Xosh getsin allaha niyyetlerimiz

Qoy qebul eylesin her bir merami!


Allahim, yolumuzu sen halal eyle

Bendelere duzgun olani soyle.

Demesinler yalan, sher ile hiyle

Hamini yoluna donder Allahim!!!




Hardasan göz nurum,

Hardasan indi...


Çıxıb uca dağabaxdım sol sağa,

Dərdimi danısşdım bir daşa dağa.

Gözüm het zillənib baxır yollara,

Hardasan göz nurum hardasan indi.

Bax gülüm solubdu canım dərdindən,

İnan heç bezmədim sənin sevgindən.

Məni ayrı salma o nur üzündən,

Hardasan göz nurum hardasan indi.

Taqətdə qalmıyıb dözməyir bu can,

Sən gəlmirsən onda mən gəlim dayan.

Məni təkcə anlayan duyan,

Hardasan göz nurum hardasan indi.

Bir duysam səsini bir il bəsimdi,

Sevginə bil möhtac mənim qəlbimdi.

Həsrətlə uzanan sənə əlimdi,

Hardasan göz nurum hardasan indi.

Qoyma həsrətindən yanam alışam,

Dərdimi danısşdım əridi bir şam.

Otağım qaranlıq nursuz qalmışam,

Hardasan göz nurum hardasan indi.

Artıq ürəyimdə dayanmır dərdə,

İşıqsız bir yerdə qəlbim əlində.

Ürək çox kiçikdi dözməz bu dərdə,

Hardasan göz nurum hardasan indi.

Nə olar bir səs ver səsimə mənim,

Bir sözun bəs edər yanına gəlim.

Ağlamaqdan daha bezib gözlərim,

hardasan göz nurum hardasan indi.

Daha yazmayacam ayrılıq sözün,

Yenə zillənəcək yollara gözüm.

Nursuzdu yolları bu gözüm,

Hardasan göz nurum hardasan indi...


Sevirəm ilk eşqim sevirəm səni


Bir yerin ağrısa ağrıyar canım,

Ey mənim damarda axan bu qanım.

Səni sevdiyimi de necə danım,

Sevirəm ilk eşqim sevirəm səni.


Səni sevmək üçün yaranmışam mən,

Səni hər dəqiqə bil anmışam mən.

Dünyaya cahana səs salmışam mən,

Sevirəm ilk eşqim sevirəm səni.


Unutsan sən məni gor qazaram mən,

Əgər çıxıb getsən tez azaram mən.

Dağlara daşlara bil yazaram mən,

Sevirəm ilk eşqim sevirəm səni.


Ağaclar baş əyir mənim sevgimə,

Eşqlər çata bilməz mənim eşqimə.

Hər zaman deyəcəm salıb dilimə,

Sevirəm ilk eşqim sevirəm səni.


Çatsa da sevgimiz bir gün bil sona,

Qoymaram ilk sevgim kül olub yana.

Ayrılan zamanı deyəcəm ona,

Sevirəm ilk eşqim sevirəm səni.


Yadlar ara vursa bil sevirəm mən,

Gözün gözlərimdə çox xoşbəxtəm mən.

Ölürəm gör yenə nə deyirəm mən,

Sevirəm ilk eşqim sevirəm səni.

Öldürən baxışlar


O süzgün baxışdan öldüm əzizim,

Hər baxışın mənə bir işgəncədir.

Baxışların oldu sevda dənizim,

Gülən baxışların qəlb sevincimdir.


Gözümə zillənib baxanda gözlər,

Sanki bir dikanı battı hər gülün.

Elə ki çəkildi o gülən gözlər,

İndi de əzizim mən necə gülüm.


Bəzən baxışların sevincim oldu,

Kədəri qoymadı bir dəyqə yaxın.

O baxış bəzəndə bir him-cim oldu,

Bəzən ürək deyir bir az çox baxın.


Güldürmə demə ki baxmıram sənə,

Sevən gözlər heç vaxt yalan söyləmir.

Sevirəm denən sən mənə bir dənə,

Gözlər yorulubdur tabda gətirmir.


İlk dəfə gözlərin baxanda mənə,

Bir anlıq qırıldı qolum qanadım.

Elə hey baxırdın mənə,

Sevgi nə deməkmiş onda anladım.


Qələmin bəs dedi gedirəm indi,

Deyir yenə baxar dur get yanına.

Gördüm yenə baxdın qəlbim sevindi,

Gözlərim hey baxır gələn yoluna.

среда, 23 апреля 2008 г.

SEN MENİM QELBİMİN VARINA BİR BAX.


Sen menim qelbimin varina bir bax

Bu qemli sozlerin denizi menem
Sen menim qelbimin varina bir bax
Demirem dunyada qismeti kemem
sen menim qelbimin varina bir bax

Her dostun koksunde fereh olmusam
İl otub ay kecib yasa dolmusam
Sanmayin xezanam coxdan solmusam
Sen menim qelbimin varina bir bax

Her aci sozunle qelbimi yaxan
Ey dunya malina xilaskar baxan
Bu kasib omrumu basima qaxan
Senl menim qelbimin varina bir bax

Qelemden gen dusen urek deyilem
Belkede kimseye gerek deyilem
Men vara can atan dilek deyilem
Sen menim qelbimin varina bir bax

Kimseden sirr deyil divane halim
Ne de gozlerimde yatan xeyalim
Kolesi olmadim dovletin malin
Sen menim qelbimin varina bir bax!!!
müəllif: Divanə

Tutursan



Gah yanir qelbimde umud samlari
Gahda bu konlumu iraq tutursan
De zeher oldumu buta camlari
Meni oz omrunden qiraq tutursan


Nedir ureyinin xeyal gumani
Sanma melhemindir hesret zamani
Gah deli omrumun ceni dumani,
Gah sevgi yoluna ciraq tutursan


De nece dozerem omurluk qeme
Niye zulm edirsen bu bexti keme
Her soyuq sozunu nitqinde mene
Hoksume saplanan yaraq tutursan


müəllif: Divanə

CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR!!!





Ana
Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin cilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bəzi vaqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söyliyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım.

Söylədiyin sözlər ki, var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı.

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? – söyləsə,

Diyorom ki, - qapılmadan bir xülyaya, bir hissə -

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım.

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


Mikayıl Müşfiq

вторник, 22 апреля 2008 г.

Adsiz sher
Dedin unut meni,dedim ki ,nece?
Susdun ,qaytarmadin , sen cavabimi ,
Gordum ki ,chekirsen menden gizlice,
Bu ulvi sevginin iztirabini!!!
Billur yanaginda iki damla yash ,
Iki hesret kimi esdi ,titredi ,
Senden birce gunluk ayrilardim kash ,
Sende bilerdin ki ayrilik nedir?!
Sene ureyimi achandan beri ,
Ne "gozle " deyibsen ,ne "get" deyibsen .
Seven ureyimin esib telleri ,
Qelbime toxunmaq istemeyibsen

Baxışın...

Baxışın nə yaman dəyişib sənin

Məhəbbət azalıb sanki gözündə

Yaman narahatdır ürək həmdəmim

Sevinc yox olubdur onun üzündə

Gözlər o gözlərdir, dəyişən ürək

Bu qədər dərd çəkmək bilki hədərdir

Məhəbbət ürəkdən süzülsün gərək

Məhəbbət olmasa dünya kədərdir...

Gozunun yuxusu oldum...



Senin gozunun yuxusu oldum,

Sevdiyin ciceyin qoxusu oldum.

Menden uzaqladin,menden ayrildin,

Geri donmeyini gozleyirem men.
Qanadi qirilmis qusa donmusem,

Ayriliq hesreti pisleyirem men.

Basqa birisini sevmeyirem men,

Geri donmeyini gozleyirem men.
Aqlayan gozlerim buz baqlayibdir,

Hesretin qelbime od qalayibdir.

Gozlerim geceler ulduz sayibdir,

Semadan ulduzu izleyirem men,

Geri donmeyini gozleyirem men.
Geri don erisin qelbimin qari,

Getir sen qelbime gullu bahari.

Allah baqislamaz vefasiz yari,

Ureye yalvarib doz deyirem men,

GERI DONMEYINI GOZLEYIREM MEN....
Həsrətindəyəm

İllər xəstəsiyəm sənin eşqindən,

Sənin hicrindən və gözlərindən.
Aylar keçsə də, vaxtım ötsə də,
Yenə də sənin həsrətindəyəm.
Həmdəm-xəyal olub uçsam göylərdə

Səhnəyə çıxıb oxusam yenə
Kimnənsə ğülüb danışsam belə
Onsuz da sənin həsrətindəyəm.
Gözümün yaşı sel kimi axsa,

Ürəyimin içi gül kimi solsa
Ömrümün fəsli sona çatsa da
Bil ki sənin həsrətindəyəm...

Inana bilmirem

Inana bilmirem bu ayriliqa

Bir cinar yarpaqi budaqsiz qalib ,
Inana bilmirem bu haqsizliqa
Ele bil dunyamin nuru azalib.
Inana bilmirem unutmusanmi?
yaqmurlu payizi, o qarli qisi.
Inana bilmirem aqlamisanmi?
Geceye dusubmu gozunun yasi?
Inana bilmirem soyuq ellerim
Senin saclarina hesret qalacaq .
Inana bilmirem qemli gozlerim yolunu gozleyib fikre dalacaq .
Inana bilmirem yoxsa qapimi
Doyen senmisen , yolmu azmisan ?
Inana bilmirem yoxsa adimi kuleye vermisen , goye yazmisan .
Inana bilmirem qocalacaqsan ,
Bir gun cixacaqam yolunun uste.
Inana bilmirem aparacaqam
Seni son menzile qollarim uste.
Inana bilmirem nece dozursen? men idim heyatin , men idim arxan .
Inana bilmirem seni gezirem,
Uz uze gelmekden men qorxa qorxa