среда, 30 апреля 2008 г.






Sevgi

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan?
Sən demə hər zaman sevmək olarmış.


Vərəq üstə yazdım sənin adını,
Üstə gəl sonra mən öz adımı.
Bərabər qoymuşam söylə nə yazım?
Məhəbbət? Ayrılıq? yoxsaki Nifrət?



Bun ömür karvanım keçir günbə gün,
Səni xəyalımda yaşadıram mən.
Üzünü gördüyüm hər saat, hər gün,
Səni sevmək üçün yaşayıram mən!


Bum yanıb alışan təmiz sevgimi,
Səndə öz sevginlə od vur alışdır.
Sənin üçün çəkdiyim hər bir dərdimi,
Sevincə qərq elə, mənə qarışdır.


Bu sevən könlümün dərmanı sənsən,
Səni sevən gündən oldum divanə.
Ürəyimin hakimi sənsən,
Təkcə sən olmusan dərdimə çarə.



Sənsiz yaşamağın mənası yoxdur,

Gəl yaşat mənanı mənim sevgimdə.
Ayrılıq həsrəti bir qara oxdur,
O, oxu uzaq tut mənim sevgimdən.

Küsmüsən! Məndədir günah bilirəm,
Nə edim? Neyləyim? Mən bilməyirəm.
Zəng edib susuram, dözə bilmirəm,
Bəlkə sən deyəsən, SƏNİ SEVİRƏM!


Sevgi gözəl hissdir duymaq lazımdır,
Sevən hər kəs üçün qışda, bahardır.
Servilən insana xəyanət olsa,
Onunçün dünya yox , cənnət virandır.


Sənə “dost” deməyə utanıram mən,
Çünki, həqiqətən dostum deyilsən.
Sənə “səni sevirəm”deyə bilmirəm,

Çünki, həqiqətən dostum deyirsən.


Deyirəm, sevirəm inanmayırsan,
Deyirəm, sevmirəm hey ağlayırsan.
Bunu bil, kiminsə ola bilərəm,
O, zaman sən məmi tapmayacaqsan...






Комментариев нет: