понедельник, 28 апреля 2008 г.




Özüm Olmalıyam

Özünü dərk eylə, özünü anla,
Gah ona, gah buna baş əydin yetər.
Özgəyə bu qədər yalmanmağınla,
Özünə düşmənsən özgədən betər.
Bizim özlüyümüz getdi büsbütün,
Hanı bəs kişilik, hanı bəs qürur?...
Yada əyilməkdən vallah, yorulduq,
Bezmədik özgəni yamsılamaqdan.
Tanınmaq istərəm mən öz səsimlə,
Bəsdir yaşadığım bir məhkum kimi,
Dünyanın gözünə yaxşı pisimlə,
Görünmək istərəm olduğum kimi.
Nəyəmsə, mən oyam, qarayam, ya ağ,
Niyə özgəsinə küsənməliyəm?
Özüm olmalıyam, mən özüm ancaq,
Özüm deyiləmsə, demək, heç nəyəm...


Bəxtiyar Vahabzadə(İxtisarla)

Комментариев нет: