четверг, 4 июня 2009 г.

DÜNYANIN..


Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

SENI YUXUDA GORDUM...

Seni yuxuda gordum,
Yene qem denizinde..
Sanki tapan cekmishdi dushunceler, uzunde,
Mene dedin:
-Gozelim,yene agzim acidir.
Seviincle-qem,
qelbimde 2 ekiz bacidir..
Opdum dodaqlarindan
-acisi mene gelsin,
Gozlerinin kederi
-seni sevene gelsin!!
Sen ele cavanlashdin,
sen ele gumrahlashdin,
sevincden ashib-dahsdin.
Gozunden 2 damla,
yash dushdu sinem uste.
bu od meni yandirdi,
alishdi o qem uste...
OYANDIM,Bir de yatdim,
Bir de gorushek deye
Heyatimi bosh qoyan
Yuxumdan QACHDIN--NIYE??

вторник, 19 мая 2009 г.

Çarəsizəm,sənsizəm yar

Həsrət məni üzür yaman
Gözüm qan yaş süzür yaman
Ürək sənsiz bezir yaman
Çarəsizəm,sənsizəm yar

Uzaqdasan,səsim yetməz
Sevgim sənə heç vaxt bitməz
Huri görsəm,qelb hiss etməz
Çarəsizəm,sənsizəm yar

Tələ qurub çarxi fələk
Çarxına düşməyək gərək
Ayrılığa dözmür ürək
Çarəsizəm,sənsizəm yar

Yollarında qalıb gözüm
Məndə qalmayıbdı dözüm
İçimi yandırır közüm
Çarəsizəm,sənsizəm yar

Ani gəldin həyatıma
Səbəb oldun fəryadıma
Düşmüşəm həsrət oduna
Çarəsizəm,sənsizəm yar

Ümidlərim qanadsızdır
Suallarım cavabsızdır
Həyat sənsiz mənasızdir
Çarəsizəm,sənsizəm yar

Günlərim kədərlə çağlar
Göz ağlamaz,ürək ağlar
Qəlbdə kök salıb intizar
Çarəsizəm,sənsizəm yar

Çağlayanın artıb qəmi
Gecələr olub həmdəmi
Həsrətdən yazır qələmi
Çarəsizəm,sənsizəm yar

GET GOZELIM DAHA SEVMIREM SENI

UZUN NEDEN HESRET QALIB GULMEYE?
PESMAN OLUB QAYITMISAN SEVMEYE?
ARTIQ DILIM GELMEZ YARIM DEMEYE
GET GOZELIM DAHA SEVMIREM SENI

BIR ZAMANLAR ESQIN ILE YANIRDIM
HER YALAN SOZLERINE INANIRDIM
QELBIMIN SULTANI SENI SANIRDIM
GET GOZELIM DAHA SEVMIREM SENI

HEQIQETI,VEFASIZ,AL BOYNUNA
DUSMUSEN ARTIQ FELEYIN OYNUNA
TENHALIQ SENI ALIBDI QOYNUNA
GET GOZELIM DAHA SEVMIREM SENI

пятница, 15 мая 2009 г.

Atam menim

Heyat fani omur ani
Qebul eyle bu qurbani
Qucaginda verim cani
Atam menim atam menim.

Gozum yashi olub derya
Hegigetde qemi-roya
Sene qurban iki dunya
Atam menim atam menim

Oxur Qur'an avaz uste
O seccade palaz uste
Dua eyler namaz uste
Atam menim atam menim

Dilim qelbe qubar soyler
Gece gunduz yanar soyler
Dilim biixtiyar soyler
Atam menim atam menim

Sozum vardir her ovlade
Nece gelmez ki feryade
Dushende her gece yade
Atam menim atam menim

Nigarandir atam her an
Ayagima batsa tikan
Eder nale eder efgan
Atam menim atam menim

Bize oyretdi qururi
Temizlikde melek,huri
Sene qurban gozum nuri
Atam menim atam menim

Nefes verdi nefes aldi
Nefes hesretden daraldi
Gozu yollarda chox qaldi
Atam menim atam menim

Gun o gun olsun chaglayim
Qem defterin men baglayim
Seni berk berk qucaglayim
Atam menim atam menim

Bu qizin arzu kam etmez
Konul ali meqam etmez
Omur sensiz davam etmez
Atam menim atam menim...

Atam hardadir?

Atamçün yamanca darıxmışam mən ,
Yoruldum yolunu mən gözləməkdən .
Gecə də yuxuma o girir hərdən ,
Bəlkə çovğundadı , bəlkə qardadı ...
Ay ana bir denən atam hardadı ?!

Bax atam gələndə deyəcəyəm mən ,
Deyəcəm həmişə fikir çəkirsən .
Cavab verməyirsən , küsmüşəm səndən ,
Deyirsən ki atan dar məzardadır ,
Ay nənə , sən denə , atam hardadır ?!

Allah butun ölenlere rehmet etsin!

вторник, 12 мая 2009 г.

Qizlar

Hansı közdən köz götürdü bu ocaq,
Yay mövsümü gəldi haçan qızların?
İndən belə gügülənmək olacaq
İşi gücü axşamacan qızların

Sehirkarlıq o gözlərdə bəli var
Sübut gəzməm Məcnun kimi Dəli var
Ya talehdə ya ilhamda əli var
Öz özünə işıq saçan qızların

Möcüzəli qoşa narın dəyməsi?
Qoy qızların xətirinə dəyməsin
Mən olaydım yaxasının düyməsi
Sinəsini külək acan qızların

Zəhmətinə gül çiçəklər dərilsin.
Ülfətinə qoşa qollar gərilsin.
Xalı olub ayağına sərilsin
Ev eşiyim, həyət bacam qızların

Elçi gəlsin, üstünə gül saçılsın
Verməslər göterülsün qaçılsın.
Görüm elə bəxti kimi açılsın
Öz bəxtinə künül açan qızların

Gözəllikdə hərəsi bir sonadır
Bu sonalar eşqimizi sinadı
Nə yaxşı ki, indi çoxu anadı
Dünən bizə gülüb qacan qızların?