вторник, 22 апреля 2008 г.


Baxışın...

Baxışın nə yaman dəyişib sənin

Məhəbbət azalıb sanki gözündə

Yaman narahatdır ürək həmdəmim

Sevinc yox olubdur onun üzündə

Gözlər o gözlərdir, dəyişən ürək

Bu qədər dərd çəkmək bilki hədərdir

Məhəbbət ürəkdən süzülsün gərək

Məhəbbət olmasa dünya kədərdir...

Комментариев нет: