понедельник, 28 апреля 2008 г.


AZƏRBAYCAN DƏRDİ

Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Hamımızı oda yaxar - Vətən dərdi...
Dava gedir torpağımda,
Şəhid olur yurdumuzun yüz-yüz mərdi,
Vətən dərdi qabağında
Əfsanədir çörək dərdi, yemək dərdi, gödən dərdi...
Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Qarı düşmən dizimizi qatlayıbdır,
Bütün namus-arımızı tapdayıbdır,
Yurdumuzun yarısını bərbad edib,
Əsir qalmış el-obalar fəryad edir...
Anaların ahı tutub yeri-göyü,
Dərd adamı birləşdirir, amma niyə,
Niyə bizi ayrı salıb Vətən dərdi?..
Vətən dərdi olan vaxtıparçalanmaq çətin dərddi...
Özümüzdən özgə bizə kömək yoxdur,
Birləşməsək, millətimiz demək yoxdur...
Demək onda tayfalarıq, dəstələrik,
Bununçun da yağı bizi üstələyir,
Belimizi qırıb, əyib.
Dərd adamı birləşdirir, amma niyə
Vəlimiz bir yana çəkir,
Əlimiz bir yana çəkir,
Başımız bir yana çəkir,əlimiz bir yana çəkir,
Dirimiz bir yana çəkir,ölümüz bir yana çəkir...
Yurdumuzda dava gedir,
Məmələkətin çevirilibdir altı üstə,
Bu ki, milli faciədir,
Bizsə dava-dalaşdayıq rütbə üstə,stol üstə, altun üstə...
Ən müqəddəs yerlərimizçıxıb bu gün əlimizdən,
Bizsə dava-dalaşdayıqcılız yerlibazlıq üstə...
Qurumlar var, dəstələr var neçə adda,
Hərənin də öz cəbhəsi, əsl cəbhə çıxıb yaddan...
Allah, özün xilas elə, millətimibelə şərdən...
Kim olsaydı, vallah, çoxdan birləşərdi...
Birləşərdi qanlı-bıçaq olanlar da,
Bir-birindən hətta uzaq olanlar da,
Lap ağlar da, qaralar da birləşərdi,
Birləşməyən yaralar da birləşərdi..
Ola bilməz ana yurdum yad əllərdəzindan, qəfəs...
Vətən dərdi qabağında qalan dərdlər,cəfəng, əbəs...
Vətən dərdi - yaman dərddir,
Vətən dərdi qabağında qalan dərdləryalan dərddir...
Vətən dərdi qabağında nə ev dərdi,nə mal dərdi,nə can dərdi...
Bu gün bircə dərdimiz var-o da AZƏRBAYCAN DƏRDİ...


1994
Cabir Novruz

Комментариев нет: