понедельник, 28 апреля 2008 г.

Könül Dostlarına Ehtiyacim Var

Çörək qədər, hava qədər, su qədər,
Könül dostlarına ehtiyacım var.
Bülbül üçün bir gül ətri qədər,
Könül dostlarına ehtiyacım var...

Candan əziz bildim xatirəsini,
Can dostum bir ömür duydum səsini
Yadımdan çıxarmaram dostun əslini,
Könül dostlarına ehtiyacım var...

Dost dediyin dost qədrin biləcək,
Dost ilə ağlayıb dostla güləcək,
Qara gündə çağırmadan gələcək,
Könül dostlarına ehtiyacım var...

Dunən dost dediyini bugün əfv etmədin,
Sirr boxçasını açıb yola çıxmadın,
Qüsür məndədir, dostda qüsur görmədim,
Könül dostlarına ehtiyacım var...

Halına şükr edib haldan anlayan,
Mizrabı vurmadan teldən anlayan,
Salamdan, kəlamdan, haldan anlayan,
Könül dostlarına ehtiyacım var...

Dostumun dostunu dost bildim, andım,
Neçə dost əliylə odlara yandım,
Riyakar dostlardan bezdim usandım,
Könül dostlarına ehtiyacım var...

Məqamdan, mövqedən, maldan, puldan,
Dəm vuran bütün dostlar çıxsın aradan,
Mənə sadiq dostlar versin Yaradan,
Könül dostlarına ehtiyacım var...

Abdullah Gülcamal

Комментариев нет: