четверг, 18 декабря 2008 г.

SƏNİ UNUTSAM!


Mən səni unuda bilmirəm,
Axıunutsam nələri unudam
Gərəkgöylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
Xatirən yadımdan çıxaydı barı
Payızda xəzanı, qışdasa qarı
Baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
Sevgi durna dəyil payızda köçə
Yuxuma gəlirsən mənim hər gecə
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan
Yağışı, selləri unudam gərək!

Sinəmdə pəşiman ürəyim qaldı
Uçdun əllərimdə lələyim qaldın
Eləri itirib, bax nəyim qaldınələri,
Nələri unudam gərək!

Комментариев нет: