четверг, 18 декабря 2008 г.

"Səhv düşəndə yerimiz"


Duman dağı dolanar
Qiyamət olar
Duman yola sallanar,
Müsibət olar Müsibət oluruq biz
Səhv düşəndə yerimiz
Umman gemmisi çayda
Oturar üzməz!
Çay gəmisi dağ boyda
dalğaya dözməz
Dözümsüz oluruq biz
sehv düşəndə yerimiz
Muğan həsrət yağışa
Buludlar xəsis
Yagiş tokur talişa
hey-hey gerksiz
Gərəksiz oluruq biz
Səhv düşəndə yerimiz
Kut bıcaq parıldayıb
Xircıltı salıb
Qılınc qindapas atib qinda kor qalib
heyf kor qalırıq biz
Səhv düşəndə yerimiz
Ağ biləklər gül çöllər
Tarlada qabar
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar
Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz
Tarin pərdələrini
Düzünə qurban
Yerdəyiş et birini
Xaric vurarsan
Xaric səslənirik biz
Səhv düşəndə yerimiz
Qabil

Комментариев нет: