вторник, 12 мая 2009 г.

Qizlar

Hansı közdən köz götürdü bu ocaq,
Yay mövsümü gəldi haçan qızların?
İndən belə gügülənmək olacaq
İşi gücü axşamacan qızların

Sehirkarlıq o gözlərdə bəli var
Sübut gəzməm Məcnun kimi Dəli var
Ya talehdə ya ilhamda əli var
Öz özünə işıq saçan qızların

Möcüzəli qoşa narın dəyməsi?
Qoy qızların xətirinə dəyməsin
Mən olaydım yaxasının düyməsi
Sinəsini külək acan qızların

Zəhmətinə gül çiçəklər dərilsin.
Ülfətinə qoşa qollar gərilsin.
Xalı olub ayağına sərilsin
Ev eşiyim, həyət bacam qızların

Elçi gəlsin, üstünə gül saçılsın
Verməslər göterülsün qaçılsın.
Görüm elə bəxti kimi açılsın
Öz bəxtinə künül açan qızların

Gözəllikdə hərəsi bir sonadır
Bu sonalar eşqimizi sinadı
Nə yaxşı ki, indi çoxu anadı
Dünən bizə gülüb qacan qızların?

Комментариев нет: