пятница, 15 мая 2009 г.

Atam hardadir?

Atamçün yamanca darıxmışam mən ,
Yoruldum yolunu mən gözləməkdən .
Gecə də yuxuma o girir hərdən ,
Bəlkə çovğundadı , bəlkə qardadı ...
Ay ana bir denən atam hardadı ?!

Bax atam gələndə deyəcəyəm mən ,
Deyəcəm həmişə fikir çəkirsən .
Cavab verməyirsən , küsmüşəm səndən ,
Deyirsən ki atan dar məzardadır ,
Ay nənə , sən denə , atam hardadır ?!

Allah butun ölenlere rehmet etsin!

Комментариев нет: