вторник, 19 мая 2009 г.

Çarəsizəm,sənsizəm yar

Həsrət məni üzür yaman
Gözüm qan yaş süzür yaman
Ürək sənsiz bezir yaman
Çarəsizəm,sənsizəm yar

Uzaqdasan,səsim yetməz
Sevgim sənə heç vaxt bitməz
Huri görsəm,qelb hiss etməz
Çarəsizəm,sənsizəm yar

Tələ qurub çarxi fələk
Çarxına düşməyək gərək
Ayrılığa dözmür ürək
Çarəsizəm,sənsizəm yar

Yollarında qalıb gözüm
Məndə qalmayıbdı dözüm
İçimi yandırır közüm
Çarəsizəm,sənsizəm yar

Ani gəldin həyatıma
Səbəb oldun fəryadıma
Düşmüşəm həsrət oduna
Çarəsizəm,sənsizəm yar

Ümidlərim qanadsızdır
Suallarım cavabsızdır
Həyat sənsiz mənasızdir
Çarəsizəm,sənsizəm yar

Günlərim kədərlə çağlar
Göz ağlamaz,ürək ağlar
Qəlbdə kök salıb intizar
Çarəsizəm,sənsizəm yar

Çağlayanın artıb qəmi
Gecələr olub həmdəmi
Həsrətdən yazır qələmi
Çarəsizəm,sənsizəm yar

1 комментарий:

Unknown комментирует...

Seire diqqetiniz ucun tesekkurler