четверг, 17 июля 2008 г.
Yuxularım
Gecələr yuxusuz qalaraq əsla
Səni bircə an da düşünmürəm.
Qəlbimi oxşayan düşüncələrlə
Yuxusuz yaşamaq istəməyirəm.
Bu yuxu hər şeydən əzizdir mənə,
Yuxuma gəlirsən hər gecə mənim.
Qəlbim söhbət edir gecə səninlə,
Əsnəyir, dincəlir düşüncələrim
Gecələr narahat yatan aşiqi
Bir zərrə belə mən qınamayıram.
Yuxuda görmə sən heç bir vaxt məni,
Yuxuya mən səni bil qısqanıram
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий