четверг, 17 июля 2008 г.
Xəyallar
Həyata yetirdim xırda bir nəzər,
Yandırdı alovu göz bəbəyimi.
Xəyal sığal çəkib sınıq qəlbimə,
Yerinə yetirdi hər istəyimi.
Həyat ədalətsiz, həyat zülmkar,
Həyat tapdaladı hər yıxılanı.
Tamam əks tərəfdən təqdim eylədi,
Xəyal, bu həyatda yaşananları.
Xəyala dalaraq yaşadım ömrü,
Xəyalla dost oldum, həyatla düşmən.
Çünki həyat məni sındırdı hər an,
Xəyalla həmişə xoşbəxt idim mən!
Çevrildi beynimdə şirin xəyala,
Hər xırda hadisə, hər kiçik məqam.
Sanki xəyal oldu gözəl bir afət,
Mənsə aşiq olmuş məzlum bir avam.
Vuruldum xəyala dəlicəsinə,
Onunla qururdum hər bir işimi.
Həyat ögeyləşdi mənə günbəgün,
Xəyalla qurarkən gələcəyimi.
Gəldi gənclik illərim, nə etdim görən,
Xəyalla yaşayan o gündən bəri.
Ayıldım, görəndə qısqanc həyatın,
Mənə göstərdiyi acı günləri.
Sən demə o afət bivəfa imiş,
Aldatdı sadəlövh qəlbimi mənim.
Sən demə həyatdır düzünü deyən,
Xəyalsa olubdur mənim düşmənim.
Lakin həyatı da sevə bilmirəm.
Xəyalla ayrılıq kəsib səsimi.
İndi ölüm istərəm yalnız allahdan,
Vüsala çatmayan aşiqlər kimi.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий