четверг, 17 июля 2008 г.

Qardaş


Nə vaxt dara düşüb bir əzab çəksən

Yolunda canından keçəndi qardaş
Qəlbinin eşqiylə hər zaman yanan
Hüsnünə bir zinət seçəndi qardaş

Böyük fəlakətdir dövrün hər anı
Bəzən şahmar kimi çalar insanı
Bilsəki dərdinə dərmandı qanı
Kəsib bədənini tökəndi qardaş

Bəzən öz yeri var dostun sirdaşın
Dağ olsan qardaşsız ucalmaz başın
Həyatın dərdində olsa göz yaşın
Ürəkdə dərdini çəkəndi qardaş

Комментариев нет: