четверг, 17 июля 2008 г.

Ulduz

Ulduzlar içində ulduz seçmişəm
Seçibdə sevgimi bəyan etmişəm
Bütün ulduzlardan fərqlidir bu can
Bu canı canıma qurban seçmişəm

Ulduzsuz bir günüm olmasın mənim
O ulduz yaşadır məni həyatda
O hər parladıqca alışıram mən
Mənsizdə parlamaz o bu dünyada

Göylərdə ulduzum yerdə canımsan
Sən mənim Allahdan sevgi payımsan
Ucalan sevgimiz bir də ucalsın
Göydəki ulduzlar uşaq tək baxsın

Комментариев нет: