четверг, 17 июля 2008 г.

Qızlar


Eşqiniz olmasın çürük sap kimi

Əllərdə gəzməyin 1 kitab kimi
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar

Oynar qəhqəhəniz şimşəklər kimi
Ünvansız olmayın küləklər kimi
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib, solmayın, qızlar

Siz 1 qayıqsınız, tale dənizdir
O bəzən bulanır, bəzən təmizdir
Tale ağlınızdır, düşüncənizdir
Taleyin qayığı olmayın, qızlar

Комментариев нет: