вторник, 10 июня 2008 г.
Xəyanətdən keçmərəm
Sevgilimin yolunda
Canımdanda keçərəm
Mənə şərbət yerinə
Zəhər versə içərəm
Varlığımdan keçərəm
Həyatımdan keçərəm
Ancaq sevgim yolunda
Xəyanətdən keçmərəm
Sevgilimin yolunda
Fərhad tək yaraqlanıb
Qayaları yararam
Məcnun olub səhrada
Gündən-günə solaram
Mənə xəyanət etsə
Laxtalanmış qan olub
Ürəyinə dolaram
Sevgilimin yolunda
Qışda buz tək donaram
Yayda isti günəşdən
Sevgimi qoruyaram
Sevgisiz yaşamaram
Mən tək-tənha qalaram
Mənə xəyanət etsə
Qızılgültək solaram
"Pərvanəyəm" sevgimi
Yad əllərə vermərəm
Heç kimin sevgisini
Sevgisindən etmərəm
Yolum işıqlı yoldur
O, yol ilə gedərəm
Yalnız sevgim yolunda
Xəyanətdən keçmərəm
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий