вторник, 10 июня 2008 г.

Xəbərsiz


Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz.
Yenə zülmət qaranlıq,
Sevdan başımda hər anlıq.
Yenə gözümdə xəyalın,
Dəyişibdir tamam halım.
Rəhm eylə mənə, ey zalım,
Qoyma bu odlara yanım.
Daha dözməyir bu qəlbim,
Bilmirəm necə söyləyim.
Sənə olan sevgim-Dəniz
Yaşaya bilmərəm
Sənsiz.Sevdim
Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz.
Hər gün mənim yanımdasan,
Oturmusan yaxındasan.
Baxıram Sənin gözüvə,
Düşünüb özüm-özümə,
Özümə sual verirəm,
Niyə mən belə edirəm.
Amma çox yaxşı bilirəm,
Çünki mən Səni sevirəm.
Sənə olan sevgim hədsiz
Hədsiz, həm də ki, şübhəsiz.
Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz
Sənsən ömrümün sevinci,
Sanki dəryada bir inci.
Günəş kimi parlar gözün,
Sanki nur saçır üzün.
Sevincim həm kədərimsən,
Tanrıdan tək istəyimsən.
Sən mənə canımdan əziz,
Ruh qalarmı bədənsiz?!
Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz

Комментариев нет: