Sevgimlə sinəndə ağac əkərəm
Özüm qulluq edib zəhmət çəkərəm
Bu günkü günümü saxlamaq üçün
Əlimdən gələni, vallah, edərəm.
Gözümdən gözünə bir yol çəkərəm
Gözümdən gözünə yollar gedərəm
Qocalsan gözünün nuru azalsa
Gözümdən gözünə işıq verərəm.
Gözümdən gözünə hiylə vermərəm
Yəqin dilində də yalan görmərəm
Üzündə həmişə sevinc görünsün
Səni incitmərəm, səni yormaram.
Beləcə yaşayaq ömrü həyatda
Xoşbəxtlik bax budur bir neçə adda
Sevgiylə danışaq, sevgiylə gülək
Sevgiyə söykənək bu çətin vaxtda.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий