вторник, 6 мая 2008 г.



Olsaydın

Ötür xəyal kimi ömrün çağları
Xəzan yeli vurur bağça, bağları.
Təşnətək qucardım qarlı dağları
Zirvədə dolanan duman olsaydım.

Uçulub ömrümün taxtı, sarayı
Bu viran dünyadan haqmı arayım.
Bəm ahım olardı, zil də harayım
Ustad əlindəki kaman olsaydım.

Mənim qış sandığım dedilər yazdı,
Baharı duysaydım bağım solmazdı.
Ilyasın həyatı belə olmazdı
Hər şeyi anlayan, qanan olsaydi.


Ilyas Aran

Комментариев нет: