
Gözüm gözəlliyə, sözüm hikmətə
Qəlbim xoş ətirli güllərə möhtac.
Günahlar eyləyən nəfsim lənətə
Savab qazanmağım günlərə möhtac.
Bu necə qovğadı, bu necə gündü,
Ümüdüm bəlkəyə, gümana döndü.
Eşqim alovlandı, bəs niyə söndü?
Yenidən sevməyim illərə möhtac.
Boşaldım, çətin ki, bir daha dolam
Nə olsun hənirsiz, kimsəsiz yolam
Nə qədər dünyada əsirəm, qulam
O qədər olacam dinlərə möhtac.
2000
Ilyas Aran
Комментариев нет:
Отправить комментарий