вторник, 6 мая 2008 г.

Dayanıb ürəyim

Dayanıb ürəyim, döyünmür daha
Daha sıxıntılar görməyəcəyəm.
Fəryadı, naləsi qalxsa da şaha
Onun hikkəsindən ölməyəcəyəm.

Bax belı gözəldir.
Nə dərd, nə qəm var.
Dünya bəxtiyarlıq içindı üzür.
Cır-cındır, səfalət, bütün əzablar
Ən gözəl zövq kimi ruhuma süzür.

Daha yox əkslik, nə də ki təzad
Zaman ana dönüb, məkan əriyib.
Bir ömrün yükündən olmuşam azad,
Cismimi əbədi vəhdət bürüyüb.
1999
Ilyas Aran

Комментариев нет: