вторник, 6 мая 2008 г.


Nədir?

Haqq bağında gəzən könlüm
Öz-özündən bezmək nədir?
Bilirsən ki, haqdır ölüm
Ümüdünü üzmək nədir?

Xəlq olundum ilk zərrədən
Niyə aciz oldum, nədən?
Bu dünyaya gələn gündən
Rəzalətə dözmək nədir?

Mən tanrıma tapınmışam,
Onun eşqiylə yanmışam.
Ədalətə inanmışam
Xəyallarda süzmək nədir?

Güc ver mənə ey Allahım
Küssün dünyadan tamahım.
Yetsin dərgahına ahım
Ətəkdən əl üzmək nədir?

Nur saçdı Quran yoluma
Yetmək üçün amalıma.
Nədən güc verib ağlına
İlyas, sözü düzmək nədir?
1997

Ilyas Aran



Комментариев нет: