вторник, 22 апреля 2008 г.

Yadindami?


SÖYLƏ YADINDAMI?..

Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun

Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun.

Hüseyn Arif


NƏ DEYİM

Qayıdıbdır fikir, xəyal içində
O fikirli dayanana nə deyim?..
Ayrılıqmı saçlarına salıb dən,
Peşimandır, peşimana nə deyim?

Uzun olur məhəbbətdə imtahan
Nələr gəlib, nələr keçir xəyaldan,
Can söyləyib can eşitdik bir zaman.
Heç bilmirəm mən o ana nə deyim.

Necə duyum hikmətini aləmin,
Tarixi var hər sevincin, hər qəmin.
Barış! – deyir dodaqları körpənin
Siz söyləyin indi ona nə deyim.

Hüseyn Arif

Комментариев нет: