
Bir salama dəymədi
Bu gün mən səni gördüm,
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzunu yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
Bir vurdugu illəri,
Axi, nə tez unutdun?
Beş ildə gozumuzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç uzumə baxmadan yanimdan necə keçdin?
Sən esqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxin ikən, bu qədər uzaq oldun.
Şirin gülüslərimiz, aci fəganlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım;
…………….Ah, sən daha mənimcün
…………….Ah, sən daha mənimcün
Əlçatmaz bir çiçəksən,
Yaşanmiş günlərim tək geri donməyəcəksən!...
Qop ey tufan, əs ey yel!
Xəzəl olum, tökülüm
Xəzəl olum, tökülüm
Düz beş il urəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalinca baxdim,
……………Can ayrildi canimdan,
……………Can ayrildi canimdan,
Sən necə etinasız ötə bildin yanimdan?
Ah cəkdim, basim üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadin!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancimiz de, bumu?
Dəyilməmiş o salam əlvidamiz oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşir.
Bir salama dəyməyən eşqə ölüm yaraşir!
Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə
Комментариев нет:
Отправить комментарий