понедельник, 29 декабря 2008 г.

Gəzirəm

Həsrətin od olub deşdi bağrımı
Yurd yurd əl əl əldə səni gəzirəm
Yatırdarsan sandım ürək ağrımı
Dərman bilib dildə səni gəzirəm
Səni sevib dönmüşəm bir ölüyə
Sənsizlik döndərib məni dəliyə
Səni mənnən alıp apardı deyə
Gur yağışda seldə səni gəzirəm
Beş vaxt namaz vaxdı gecə niyazda
Dayanmıram nə isdi nə ayazda
Mahnıda şerdə çalınan sazda
Pərdələrdə teldə səni gəzirəm
Sənsiz həyat dönüb qara zindana
Niyə zülm edirsən sevən insana........
gül üzlüm dönüb Məcnuna
Səhralarda çöldə səni gəzirəm

Комментариев нет: