Unutmaq istərəm!!!
Özüm özümdən
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən
Səni düşünməyim, səni anmayım
Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar bir anlıq yolumdan məni.
Səhər də axşam da düşünürəm ki,
Gərək düşünməyəm heç zaman səni.
Unudar fikirdə, xəyalda təkcə
Unutmaz ürəkdə sevən sevəni.
Mən özüm-özümə UNUT- dedikcə
Özümü unudub tapıram səni.
“UNUTDUM” deyirəm, amma nə fayda?
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir
Qəzəbim sel kimi aşıb daşsa da.
....... ........
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий