понедельник, 23 июня 2008 г.

Bilmədim

O aylı gecədə, qərib axşamda
Necə doğmalaşdıq,necə bilmədim
Bahar fəslinin ilk yağışında
Səni buludlardan seçə bilmədim
Baxdım gözlərinə , isindi qəlbim,
Gözünün odunu görə bilmədim.
Toxundum əlinə , tutuldu dilim,
Əlini buraxıb, gedə bilmədim.
İndisə soyuyub o çılğın sevgi
Sevginin qədrini niyə bilmədim?!
O gözəl gözləri , bal dodaqları
Çox təəssüf heç zaman unuda bilmədim.

Комментариев нет: