понедельник, 30 июня 2008 г.

Sevirəm səni

Yenə də dikildi gözün gözümə,
Nələr oxumurdum bu gözlərdən mən?
Elə bil həsrətdin şirin sözümə,
Süzgün baxışıma, yerişimə sən.

Baxırdım, baxırdın sakit, səssizcə,
Sanki qapılmışdıq öz dünyamıza.
Yox idi bizimçün başqa bir dünya,
Görmürdük, duymurduq başqa dünyanı.

Dedin: "Bir söz söylə, ay gülüm, mənə,
Bilim ki, sevirsən, inanım sənə.
Çoxmu susacaqsan, dinməyəcəksən,
Çoxmu yanacağam həsrətində mən?

"Deyirsən, "söz söylə, ay gülüm mənə",
Məgər gözlərimdən oxumursan söz?
Bilmirsən nə deyir o gözlər sənə,

Yoxsa inanmırsan sevən gözlərə?

Ürəkdə o qədər sözüm var sənə,
Didib parçalayır qəlbimi hər an.
Bəs, niyə susuram səni görəndə,
Niyə demirəm ki, "Sevirəm səni"!?

1 комментарий:

Arzum комментирует...

Salam sevgililer gununuz mubarek olsun! Hemishe sevib sevilin. Buna deyerse eger.
SEVENDEN SEVILENE SONSUZ SEVGILERLE!!!