Bilirəm yenə də verənməyəcəm.
Bu tale ömürdə ölüm olarsa
Sevgin ürəyimdə gedənməyəcəm.
Yazıram biləsən sənə sevgimi,
Dərdimi demirəm, bu dərd deyil ki.
Yazdığım Leyliyə, Məcnuna məxsus
Sevgi kitabından hikmət deyil ki.
Bu sevgi romana, dastana sığmaz,
Çünkü hər dəqiqə böyüyür, artır.
Artıq bunu qəlbdə bir böyük sir tək
Saxlamaq çətindir, canım acıyır.
Hər saat, dəqiqə, hər saniyəmdə,
Hər günüm, hər ayım, hər ilimdəsən.
Çiçəyin solduğu, suyun donduğu
Soyuq qış fəslində bahar ətrisən.
Sevincdən, sevgidən qaçdığım bir an
Qarşıma mələk tək, pəri tək çıxdın.
Qanadın yox idi uça bilmirdin
Oxunla qəlbimi sən nişan aldın.
Bir baxışla artıq eşq oxu çıxmış
Qəlbimdə bir sevgi yarası açmış.
O, pəri sən idin, o ox gözlərin,
Artıq qəlbim səni özünə yazmış.
Doğum günüm artıq o gündür mənim,
Çünkü ondan əvvəl yaşamamışam.
Əzrayil yaxamdan tutsa da bil ki,
Ölmərəm sevgini duyanmamışam.
O gündən düşüncəm səninlə bağlı,
Görən sənə necə mən olum yaxın.
Bütün gün çöllərdə səni aradım,
Yoxsa Məcnun oldum, bir mənə baxın.
Ürək qan ağlayır, nə çarə tapım,
Məlhəm isə yalnız sənin sevgindir.
Dərdimə sən məlhəm sürməsən əgər
Öləcəm, bu ürək yaman xəstədir.
Sevgilim, sözümün gücü budur ki,
Mən səni canımdan artıq sevirəm.
Bir kök ki, torpağa necə bağlıdır,
Bağlıyam, mən səndə həyat görürəm
Şahmar Bayramlı
Комментариев нет:
Отправить комментарий