четверг, 5 июня 2008 г.

Aci mehebbet

Bir payız səhəri ansız tökülən
Xəzan yarpağıdır, acı məhəbbət!
Hər anı gizlətmək istəyəcəyin
Gözünün yaşıdır, acı məhəbbət!..

O gözəl günlərin məzarı qəlbin,
Yanğısı dinməyir xatirələrin.
İndi sitəm belə edənmədiyin
Alnında yazıdır, acı məhəbbət!..

Uşaq tək böyütdün qəlbində onu,
Bir ana laylası səsində onu.
Həsrət aynasının əksində onu
Görənmədiyindir, acı məhəbbət!..

Sönməz ki, ürəkdə bu alov indi,
Yaşanan o günlər necə gözəldi...
Olanlar röyaydı, yoxsa gerçəkdi,
Beyində sualdır, acı məhəbbət!..
Şahmar Bayramlı

Комментариев нет: