
Sevgisiz,ümidsiz soyuq dünyama,
Gəlişin bir dönüş gətirdi Gülüm.
her günü kabusa dönmüş dünyama.
Şirin bir yuxusan, röyasan Gülüm.
Eşqin məlhəm kimi, sözlərin dərman
Mən çılğın dənizəm sənsə bir ümman.
mən sənə xəstəyəm ol mən loğman,
çək əlin telimə şəfa ver, Gülüm.
Həyat bir kitabdır, Allah qatında
içində kədər də ,sevgi də vardır.
demirəm ömrümün hər varağında
Barı bir yerində sətir ol,Gülüm!
Sən bir dağ olsan ucadan uca,
Yamactək girərəm sənin qoynuna.
haykırıb, səs salıb bütün dünyaya.
Deyərdim mən səni sevirəm, Gülüm!
Çırpınır içimdə çırpınır ürək,
sanki ağı deyir yaralı neytək.
əlimə, telimə toxunub tək-tək
məni ovutmanı istərəm, Gülüm!
Sən məni sevmirsən, sən də bilirsən sev
Gülüm,sevgilim, kimi istərsən.
Amma unutma ki, səni mənimtək
Bir sevən göstərə bilməzsən Gülüm!
Комментариев нет:
Отправить комментарий