четверг, 5 июня 2008 г.

Ağlama

Sevgini qəlbində büküb saxlama Bu sevən qəlbimi mənim dağlama
Sağ ikən üzümə gülməmisənsə
Sənə yalvarıram, ölsəm ağlama

Hamı qonaq qalır bil ki, dünyada
Əbədi yaşamaq olar xülyada
Heç kəs qalmayacaq qoca dünyada
Mən qara torpağa düşsəm ağlama

Yuxu da getməyir gecə gözümə
Mən təəccüb qalmışam özüm özümə
Yenə inanmasan mənim sözümə
Mən səni daş ürək bilsəm ağlama

Sevgi sevinc deyil inan ki qəmdi
Bu qəm ürəyimdə yığılıb cəmdi
Şamı qaranlıqda əriyən şəmdi
Bir gün sönəcəyəm, sönsəm ağlama

Комментариев нет: