среда, 4 июня 2008 г.

Gor meni ne gune saldi mehebbet

Gör məni nə günə saldı məhəbbət?!
Onunla bağladım hər-bir sözümü,
Düz açdım həmişə ona gözümü,
Bəzən qurban verdim ona özümü,
Gördüm xəyallara daldı məhəbbət,

Məni nə günlərə saldı məhəbbət?!
Daim məndən qabağ durdu ayağa,
Baxdığım qızlara qoydu qadağa.
Bilməm neyçün verdi məni qabağa,
Özü yarı-yolda qaldı məhəbbət,
Məni nə günlərə saldı məhəbbət?!

Məhəbbət ki, vardır - bir ağır yoldu,
Gündə neçə dəfə boşaldı, doldu,
O qədər sualım cavabsız qaldı,
Nə biləydim axı laldı məhəbbət,
Məni nə günlərə saldı məhəbbət?!

Onunçün puç olur arzu-dilək də,
Tufana çevrilir adi külək də,
Onsuzda qərdeşim hər-bir ürəkdə,
Silinməz ləkədir, xaldır məhəbbət,
Məni nə günlərə saldı məhəbbət?!

Söyləyin ki, ondan kim xeyir görüb?
Bahadur? Sonamı? Şahsənəm? Qərib?
Fərhad Şirin üçün dağları bölüb,
Külüngü başına saldı məhəbbət,
Məni nə günlərə saldı məhəbbət?!

Комментариев нет: