четверг, 1 мая 2008 г.





GERİ DÖNMƏYİNİ GÖZLƏYİRƏM MƏN!!!

Sənin gözünün yuxusu oldum,
Sevdiyin çiçəyin qoxusu oldum.
Məndən uzaqladın,məndən ayrıldın,
Geri dönməyini gözləyirəm mən!

Qanadı qırılmış quşa dönmüşəm,
Ayrılıq həsrəti pisləyirəm mən.
Başqa birisini sevməyirəm mən,
Geri dönməyini gözləyirəm mən!

Ağlayan gözlərim buz bağlayıbdır,
Həsrətin qəlbimə od bağlayıbdır.
Gözlərim gecelər ulduz sayıbdır,
Səmadan ulduzu izləyirəm mən,
Geri dönməyini gözləyirəm mən!
Geri dön ərisin qəlbimin qarı,
Gətirsən qəlbimə güllü baharı.
Allah bağışlamaz vəfasız yarı,

Ürəyə yalvarıb döz deyirəm mən,
Geri donmeyini gozleyirem men!!!

Комментариев нет: