четверг, 1 мая 2008 г.


Bəlkədə

Bəlkə gözlərini yumsan bir anlıq,
Kövrək baxışından yağış yağacaq.
Bəlkə də gözlərin dönüb ulduza,
Göylərdən həsrətlə mənə baxacaq.

Titrək əllərini uzatsan mənə,
Göylər də qovuşar yerıə bir anda.
Hər qəlbdə bir ümid işığı yanar,
Küsənlər barışar bəlkə cahanda.

Bəlkə ürəyini sən açsan mənə,
Hər anım nağıla döndü bəlkə də.
Odlanıb alışan ürəklərimiz
Həzin nəğmə kimi dindi bəlkə də.

Dilində dolaşan şirin kəlmələr,
Qəmli gözlərindən asılıb bəlkə?
Sənin taleyinin alın yazısı,
Mənim gözlərimlə yazılıb bəlkə?

Bəlkə də bir axşam yollara çıxıb,
Təzədən üz-üzə, göz-gözə gəldik.
Göylərdən süzülən ay işığında
Zülmətdən ayrılıb gündüzə gəldik.

Комментариев нет: