среда, 7 мая 2008 г.



Bəyaz gecə, mən və sənin xəyalın

Nə tez sona yetdi o bəyaz gecə
Nə tez dan söküldü, bilə bilmədim.
Bir ömrə bırabər o son görüşdə
Yenidən həyata gələ bilmədim.

Sən göylərdən enən mələk idinmi?
Ruhumu oxşayan külək idinmi?
Qəlbimi fəth edəm fələk idinmi?
Fikrimi cəmləyib, bölə bilmədim.

O gecənin işığı tünd ağ idi.
O ağlığın şahidi bir bağ idi.
Qəllbim qübar idi, sinəm dağ idi
O dağı sinəmdən silə bilmədim.

Göydən ulduzlar da baxırdı bizə
Onlar da möhtacdı bircə xoş sözə.
Səndən gileylərim çixsa da yüzə
Bir kəlmə danışıb , dinə bilmədim.

Necə də şəffafdın, necə də incə
Həmin röya dolu o bəyaz gecə.
Bəxtə, taleyə bax, ey xəyal, necə
Saninlə şadlanıb, gülə bilmədim.
İlyas Aran
1991

1 комментарий:

Ilyas Arran комментирует...

Salam. Mən sizin kim olduğunuzu bilmirəm. Mənim şeirlərimi öz bloqunuzda verdiyiniz üçün minnətdaram. Amma, xahişim odur ki, mənim adımı İLYAS ARAN yox İLYAS ARRAN kimi yazasınız. Mənim digər yazilarımla maraqlanmaq istəsəniz www.ilyasarran.blogspot.com saytına baxa bilərsiniz.
Hörmətlə İlyas Arran.