вторник, 6 мая 2008 г.



Yol gedirəm...

Sonu görünməyən həsrətlə,
Dünyaya sığmayan dərdlə,
Bir dəli ümidlə
Yol gedirəm...

Puçur-puçr tökülürəm,
Hissə-hissə sökülürəm,
Büdrəyirəm, dikəlirəm
Yol gedirəm...

Nə damarım qıra billəm,
Nə nərdivam qura billəm,
Nə dayanıb dura billəm
Yol gedirəm...
1998

Комментариев нет: