
İKİ SEVGİ
Gözel qız, sen saf susan,
Iki qelb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su seven kimi.
O ise səni sevir, rahatca bardaş qurub,
—Kabab üstden sərin su pis olmaz—deyen kimi.
Gözel qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm iynenin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O ise səni sevir,
Bir şən mağarda, toyda,
Işıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki, səni sevirəm,
Bakıdan, Daşkəsəndən
Gelen bir səda kimi,
Səs kimi, Qüdrət kimi.
O ise səni sevir,
Gizli deyil ki, sənden,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görek nə deyirsən!
Amma yaxşı fikir ver bu iki mehebbete.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə....
Əli Kərim
Əli Kərim
Комментариев нет:
Отправить комментарий