вторник, 10 июня 2008 г.

Susan sevgi

Yenədə rastlaşdı baxışlarımız
Bu susan sevgini dilləndirsənə
Axı nəyə lazım göz yaşlarımız
Nə olar görüşək söylə sən mənə
Alovsuz tüstüsüz oda düşmüşük
Ürəyim gileylər söyləyir sənə
Bir-birimizdən ayrı biz düşmüşük
Nə olar görüşək söylə sən mənə
Yaşımız fərqlidir bəhanə etmə
Sevgidə yaş fərqi seçilmir axı
Nə olar sevirəm söylə sən mənə
Gözlərdən sevgimiz bilinmir axı
Axı neyləyirəm susan sevgini
Mən belə sevgiyə qəlb qıyammaram
Əgər dillənməsə bilki o sevgi
Daha mən onun üçün ağlayammaram

Комментариев нет: