четверг, 1 мая 2008 г.

Payız Yağışı

Yaxınlaşır ilin boranlı qışı,

Nə hiddətlə yağır payız yağışı.
Vurğunu olduğum o ilk baxışı,
İlk əvvəl sən gördün payız yağışı

Bir yağışlı gundə görüşdük sənlə,
Damcılar ilk eşqi saldı qəlblərə.
Xüsusi həzz verir sevən ürəyə,
Aram-aram yağan payız yağışı.

Deyirəm, taleyin işinə bir bax,
Ayrıldıq.... görəsən kimdədir günah
Eşitcək xəbəri bir həzin sabah
Hönkürüb ağladı payız yağışı...

İndi tək dönürəm görüş yerindən
Sən döndün əhdindən, sədaqətindən
Elə bil o gündən, xəcalətindən
Utanıb yağmadı payız yağışı.

Комментариев нет: