вторник, 22 апреля 2008 г.

Sevdinsə
Sevdinsə beş il nə on beş il nədir?
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgilin sənə,
Sevdinsə "hər zülmə döz" deyəcəksən.
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə günahın içində haqsan.
Onu unutmaga çalışsan əgər?
Sən özün özünü unudacaqsan
Bəxtiyar Vahabzadə

Комментариев нет: