QATAR
Çıxıb gileyinin dumanlığından,
Bir dərə sükutlu marağa döndüm.
Mənə eylədiyin yamanlığınla
Keçmişin yaxşıdır,yoxsa ki,indin?
Sevgi zirvələşib əlcatmaz oldu
Getdi uzaqlarda isitdi bizi.
Bəlkə soyuyubdur gəncliyin odu.
Gəl günəşə tutaq ürəyimiziİndi ürəyimiz quruca yurddu
Sən unut demişdin,mən də unutdum...
Yaşatdıq ömürdə neçə sualı
Dostların "niyə"si cavabsız qaldı.
Cəsarət istədim içə sualı
O nə məndə oldu,nə səndə oldu...
Bir axşam əllərin göyərçin kimi
Çırpınıb qəfildən çıxdı əlimdən.
Çəmənlər izinin göyərtisimi?
Çiçəklər arxanca baxdı əlimdən.
Bahara bu şaxta haradan düşdü?
Çəmənlər saraldı,güllər büzüşdü.
Atıldı dilimdən "qayıt" nidası.
Sən onda küləklər aparan qayıq
Mənsə tənha qalan həsrət adası.
Uzaqda deyildin,yolun bir addim,
Vüqarım qoymadı bir addım atım
Sən elə bilirsən qurtardı hər şey?!
Sən unut demişdin..
Комментариев нет:
Отправить комментарий