понедельник, 27 октября 2008 г.

Dost



Yapış əllərimdən dostum köməyim

Mən nələr çəkmişəm, sənə söyləyim

Səndən başqa kimdən kömək istəyim?

Dostum,əllərimi buraxma mənim.


Ürəyim dostluğu səninlə bildi

Səninlə ağladı səninlə güldü.

Çarəsiz qalmışam,tənhayam indi.

Dostum,əllərimi buraxma mənim.


Şah olsam edərdim dostumu tacım

Qocalsam O, olar dayaq ağacım

Bu gün də dostuma var ehtiyacım.

Dostum,əllərimi buraxma mənim.


Dostları ayırmaz inan,ölüm də

Uzat əllərini tutum əlindən

Həm qəmli günümdə,həm şad günümdə.

Dostum,əllərimi buraxma mənim.


Dostumla öyündüm, el bunu bilsin

Dostumun əzabı qoy mənim olsun

Sənin tək dostlara can fəda olsun.

Dostum,əllərimi buraxma mənim

Комментариев нет: