четверг, 1 мая 2008 г.

Ilk məhəbbət
Sevib,sevilənlər çox gözəl bilir,
Olmayib vəfasi ilk məhəbbətin.
İzləyir aşiqi son mənzilədək
Şirin macərası ilk məhəbbətin.

Mənim dediklərim şikayət deyil,
Ürəklər yandiran hekayət deyil.
Həqiqi aşiqə kifayət deyil.
Tükənməz cəfasi ilk məhəbbətin.

Sevgisiz gül-cicək bitməz,ey könül,
Insan muradına yetməz,ey könül.
Nədəndir bilmirəm getməz,ey könül,
Başimdan sevdasi ilk məhəbbətin?!

Bu dərdə neyləsin loğmanın əli?
Əlimə dəyməmiş cananın əli,
Döydü qapimizi hicranın əli,
Budurmu mənasi ilk məhəbbətin?!

Mən onu sevmişdim bir ilk baharda.
O məni tərk etdi boranda,qarda.
Hər yara sağalıb,unudular da,
Sağalmaz yarası ilk məhəbbətin!

Комментариев нет: