четверг, 8 мая 2008 г.



Həsrətindəyəm

İllər xəstəsiyəm sənin eşqindən,
Sənin hicrindən və gözlərindən.
Aylar keçsə də, vaxtım ötsə də,
Yenə də sənin həsrətindəyəm.

Həmdəm-xəyal olub uçsam göylərdə
Səhnəyə çıxıb oxusam yenə
Kimnənsə gülüb danışsam belə
Onsuz da sənin həsrətindəyəm.

Gözümün yaşı sel kimi axsa,
Ürəyimin içi gül kimi solsa
Ömrümün fəsli sona çatsa da
Bil ki sənin həsrətindəyəm.

Комментариев нет: