четверг, 1 мая 2008 г.

Get
"Sag ol" deme, vida etme,
Zamandisa, vaxtdisa get.
Getmeyinin gerekliyi
Qalmagindan çoxdusa,get.
Bir men qalim, bir derd-serim,
Heder oldu çekdiklerim.
Piçiltiyla dediklerim
Yaddashindan çixdisa, get.
Qaysaqlanar yene yaram,
Sizlamaram,aglamaram,
Seni yoldan saxlamaram
- Soldusa get, sagdisa get.
Bir sozunle menaliydi,
Gulushunle menaliydi.
Mene senle menaliydi
Sene mena yoxdusa,get.
Gedə bilərsəN
Madamki içində o atəş söndü
Bir daha yandırmadan gedə bilərsən
Ağlında qalmasın bu son baxışlar
Üzümə baxmadan gedə bilərsən
İllərdir verdiyin kədəri görmə
Üstümə yıxdığın qüssəni görmə
Ömrümdən aldığın günləri görmə
Mənidə görmədən gedə bilərsən
Sən düşün yaranı kimlər saracaq
Sən düşün könlünü kimlər alacaq
Bir an öncə yox ol, oldu olacaq
Bir vida etmədən gedə bilərsən
Demək mənəm günahkar sən isə haqlı
Mən zalım bir düşmən sən isə vəfalı

Комментариев нет: